İsraildə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ölkə ərazisində karantin tədbirləri gücləndirilir.
Trend-in məlumatına görə, sentyabrın 19-dan etibarən üç həftə müddətinə hərəkət məhdudiyyəti tətbiq olunacaq. Bu müddət ərzində, həmçinin tədris müəssisələri, eləcə də restoran, kafe və ofislər bağlı qalacaq.
Mütəxəssislərin fikrincə, İsraildə koronavirus epidemiyasının ikinci dalğası birincidən daha güclü yayılır.