Home Manşet Mərkəzi Elmi Kitabxana oxucuların qəbulu üçün hazırlığa başlayıb

Mərkəzi Elmi Kitabxana oxucuların qəbulu üçün hazırlığa başlayıb

596
0
SHARE

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucuların qəbulu üçün hazırlıq işlərinə başlayıb.

Kitabxanadan Trend-ə verilən məlumata görə, pandemiya ilə əlaqədar karantin rejminin elan edildiyi gündən öz fəaliyyətinin müəyyən istiqamətlərini dondursa da (oxucuların qəbulu, kitab verilişi və s.), alim və tədqiqatçılara informasiya xidmətini fasiləsiz olaraq onlayn rejimdə reallaşdırmağa nail olub. Bu müddətdə oxucuların sorğularına onlayn cavab verilərək, tələb olunan resurslar rəqəmsal formatda MEK-in saytında təqdim edilib, istifadəçilərə e-poçt vasitəsilə göndərilib. Eyni zamanda MEK-in fəaliyyət strukturunda və ədəbiyyat fondlarında əsaslı yeniliklər həyata keçirilib.

Kitabxanada oxucuların qəbulu şərtləri üzrə əməkdaşlara təlimlər keçirilib, binanın girişindən başlayaraq qiraət zallarında, açıq fondlarda, abonomentdə, oxucu-istifadəçi, oxucu-kitabxanaçı arasındakı sosial məsafənin gözlənilməsi qaydaları sayt vasitəsi ilə və məlumat lövhələrində təqdim edilib:

 

“Tibbi maskalar, antiseptik vasitələrlə təchiz olunmuş xidmət masaları hər mərtəbədə açıq istifadəyə hazırdır. Kitabxananın kollektivi postpandemiya dövrünü yeni modern xidmət sahələri, zəngin elmi informasiya resursları ilə, eyni zamanda beynəlxalq təhlükəsizlik təcrübələrini öyrənib tətbiq etməklə qarşılamağa hazırlaşır”.