Home Dünya xəbərləri Yaponiyada hakim partiyanın yeni sədri seçilib

Yaponiyada hakim partiyanın yeni sədri seçilib

693
0
SHARE

Yaponiyada hakim Liberal-Demokrat partiyasının yeni sədri seçilib.

Trend-in məlumatına görə, partiyanın qurultayı zamanı Nazirlər Kabinetinin hazırkı baş katibi Yosihide Suqa partiyanın yeni sədri olub.

Bu, ona Yaponiyanın yeni baş naziri olmağa imkan verəcək.

Qeyd edək ki, baş nazir Sindzo Abe bir müddət əvvəl sağlamlığı səbəbi ilə baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Sentyabrın 16-da Yaponiya parlamentində Y.Suqanın baş nazir seçilməsi ilə bağlı səsvermə keçiriləcək.