Çinin cənub-qərbində, Myanma ilə sərhəddə yerləşən Ruili şəhəri karantinə bağlanıb.
Trend-in məlumatına görə, şəhər ərazisində azı iki nəfərdə koronavirus aşkar edilib.
Qeyd olunur ki, hər iki şəxs Myanma vətəndaşıdır. Karantin rejimi çərçivəsində bütün sakinlərə evləri tərk etməmək tövsiyə olunub. Şəhərə giriş-çıxış bağlanıb.
Myanma hökuməti ötən həftə yoluxmanın ikinci dalğası çərçivəsində ölkə boyunca karantin rejimini sərtləşdirib. Bu günədək Myanmada 3,3 min yoluxma və 32 ölüm qeydə alınıb.