Home Dünya xəbərləri İndoneziya polisi karantin qaydalarına əməl olunması üçün kriminal qruplaşmaları cəlb edəcək

İndoneziya polisi karantin qaydalarına əməl olunması üçün kriminal qruplaşmaları cəlb edəcək

653
0
SHARE

İndoneziyanın hüquq-mühafizə orqanları koronavirusun yayılması ilə mübarizə çərçivəsində qaydalara əməl olunmasına nəzarət üçün kriminal qruplaşmaların rəhbərlərini cəlb etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu planı parlamentdə ölkə polisinin rəis müavini təqdim edib.

Onun sözlərinə görə, kriminal qruplaşmalar bazar, park yerləri kimi sahələrdə karantin qaydalarına, maska taxmaq və sosial məsafə saxlamaq kimi qaydaların əməl olunmasına nəzarət edəcək.

Qeyd edək ki, bu günədək İndoneziyada 221 mindən çox şəxs koronavirusa yoluxub, 8,8 mindən çox şəxs həyatını itirib.