Home Manşet Tahir Rzayev: 15 sentyabr Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əyani bir nümunəsidir

Tahir Rzayev: 15 sentyabr Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əyani bir nümunəsidir

562
0
SHARE

Bu gün Azərbaycan və Türkiyənin həyatında çox unudulmaz bir gündür. 15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalçıları tərəfindən azad olunması günü tarixi bir gün kimi bizi sevindirir. Çünki həmin gün-15 sentyabr 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakını və ətraf rayonlarını erməni-bolşevik təcavüzkarlarından, işğalçılardan  azad etdilər. Əlbəttə ki, bu azad olunma, ərazilərin təzmizlənməsi Azərbaycanın müstəqilliyi üçün imkan yaradıb və sonrakı  aylarda artıq Naxçıvan və Gəncə əraziləri isğalçılardan tamamilə azad olunub və Azərbaycan öz müstəqilliyini təmin edib. Bu tarixi bir hadisədir və əlbəttə ki, Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının  əyani bir nümunəsidir. Bu gün də bu ənənə davam edir, yenə də iki dövlət, bir millət olaraq xalqlarımız bir-birinin qardaşlıq, dostluq münasibətlərini gündən-günə möhkəmləndirir. Bu düşmənə  çox sarsıdıcı bir zərbə kimi qiymətləndirilməlidir. Azərbaycan həmişə Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Bizim sevincimiz də, kədərimiz də birdir. Əlbəttə ki, tarixi hadisələr göstərir ki, biz keçmişin səhvlərindən ibrət götürməliyik, erməni təcavüzkarları öz havadarlarına arxalanaraq Azərbaycanın ərazilərini işğal etmək, azərbaycan xalqını qətliama, soyqırıma məruz qoymaq cəhdində olublar və bu cəhd, bu məqsəd bu gün də davam etdirilir, çünki artıq son illərdir başımıza gətirilən bəlalar sübut edir ki, ermənilər öz çirkin əməllərindən əl çəkmirlər, daim Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiası edirlər. Torpaqlarimiz işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Ancaq buna baxmayaraq yenə də erməni təcavüzkarları öz havadarlarına arxalanaraq yeni torpaq işğal etmək arzusundadırlar və onlar sərhəddə hər gün təxribat törədirlər, insanlar qətlə yetirilir, bizim ərazilərimiz atəşə tutulur ve yeni-yeni çirkin hadisələr baş verməkdədir. Sözsüz ki, Azərbaycan ordusu  da öz sözünü deyir, düşmənin təxribatları cavabsız qalmır,  onlar çox böyük itkilər verirlər. Sevindirici haldır ki, belə bir çətin günümüzdə Türkiyə  Azərbaycanın yanında olduğunu bildirir. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, eləcə də bütün Türkiyə xalqı Azərbaycana qarşı həmrəylik nümayiş etdirir. Azərbaycanın da mövqeyi qarşılıqlıdır. Azərbaycan da daim Türkiyənin və Türkiyə xalqının yanında olduğunu bəyan edir və belə də olmalıdır, çünki bizim bütün problemlərimiz, dərd-sərimiz birdir. Son günlərin hadisələri göstərir ki, bu dostluq, qardaşlıq, keçmisin ənənələri bu gün daha yüksək səvviyyədə davam etdirilir.

Tovuz təxribatından sonra bütün Türkiyə  Respublikası rəhbərliyi, Parlament sədri, eləcə də Türkiyə siyasətçiləri birmənalı olaraq Azərbaycana dəstək verdiler. Bu dəstək də bizim birgə təlimlərdə özünü göstərdi. Türkiyə  hərbiçilərinin Azərbaycana gəlməsində özünü göstərdi. Bir çox tədbirlərin həyata keçirilməsində bu açıq şəkildə özünü nümayiş etdirir.

Bu günlərdə Azərbaycan Respulikası Milli Məclisinin Sədri Sahibə xanım Qafarova Türkiyədə olarkən çox səmərəli görüşlər keçirdi. Yenə də orada Türkiyənin hakim siyasi dairələri qeyd etdilər ki, biz daimi olaraq Azərbaycanın yanındayıq, Azərbaycanın haqq səsini dəstəkləyirik və düşmənə qarşı  birgə mübarizəyə hazırıq və birgə mübarizə aparmalıyıq. Sözsüz ki, Nuru Paşa kimi böyük şəxsiyyətlərin, sərkərdələrin, Atatürk, Ümummili lider Heydər Əliyev kimi böyük siyasətçilərin təməlini qoyduqları yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir. Bu da insanlarımızı, xalqlarımızı sevindirir. Bizim həmrəyliyimiz, birliyimiz sözsüz ki, qələbələrə yol açacaq və mən hesab edirəm  ki, bu birlik, qardaşlıq tez bir zamanda öz sözünü deyəcək və Qarabağ torpaqları azğın düşməndən azad ediləcək. Var olsun bizim qardaşlığımız və birliyimiz! Bu gün biz 15 sentyabrı şərəflə, təntənə ilə qeyd etməyə layiqik. Belə günləri heç zaman unutmaq olmaz.