Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan məhsulu ərəb bazarlarını fəth edir

Azərbaycan məhsulu ərəb bazarlarını fəth edir

424
0
SHARE

Azərbaycan məhsullarının ərəb ölkələrinə ixracının artması planlaşdırılır.

Bunu Trend-ə Ərəb ölkələri ilə Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsulunun Suriya bazarına ixracı gözlənilir:

“Bu bazara çıxış İordaniya vasitəsilə olacaq, bu istiqamətdə danışıqlar artıq baş tutub”.

Y.Əliyev bildirib ki, bununla yanaşı, Azərbaycan məhsulunu Misir, Oman, Bəhreyn bazarlarına da çıxarmaq planlaşdırılır:

“Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanda əczaçılıq, neft-kimya sənayesi, hotel və restoran biznesinə investisiya qoymağa hazır olduqlarını bildirib”.

İcraçı direktor küveytli investorların Azərbaycanda turizm sektoru ilə maraqlandığını da qeyd edib.