Home Cəmiyyət Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər

Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər

575
0
SHARE

Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyirik: “Gələcəkdə fəxri adlar alan şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər. Bizim məqsədimiz odur ki, bu şəxslər cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər”.