Home Manşet Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərin problemləri ilə yaxından maraqlandı

Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərin problemləri ilə yaxından maraqlandı

469
0
SHARE
Milli Məclisin deputat Könül Nurullayeva seçicilərin problemləri ilə yaxından maraqlandı. Bu dəfə Millət vəkili 𝐍𝐢𝐳𝐚𝐦𝐢 𝐫𝐚𝐲𝐨𝐧𝐮 Q.Qarayev 𝟓𝟒, 𝟓𝟖, 𝟔𝟗, 𝟕𝟕, 𝟕𝟗, 𝟖𝟑, Rüstəmov 𝟒𝟑, 𝟒𝟕, 𝟔𝟐, 𝟔𝟔, 𝟔𝟖, 𝟕𝟎, 𝟕𝟔
E.Süleymanov 𝟏𝟑𝟑, 𝟏𝟑𝟒, Şərifli 𝟏𝟎𝟐, 𝟏𝟎𝟒𝐚, 𝟏𝟎𝟒𝐛, Nəsimi 𝟏𝟓-𝟐𝟎 ünvanlarına baş çəkdi və məhəllələrin sakinləri ilə görüşdü.
O bu barədə öz rəsmi facebook səhifəsində məlumat verib.
“Əziz həmvətənlərim,
Uzun müddətdir ki, ölkədə karantin rejimi olduğundan insanlarla canlı təmas qurmaq imkanımız yox idi, lakin biz karantin qaydalarını nəzərə alaraq artıq görüşlərimizi başlatmağa qərar verdik. Çünki insanların bu kimi canlı təmaslara çox böyük ehtiyacı var.
Qeyd etmək istəyirəm ki, bu görüşlər nəticəsində insanların problemləri ilə yaxından tanış olmaq imkanımız oldu. Belə ki, məhəllələrin abadlaşdırılması, su sayğaclarının quraşdırılması, məşğulluq, məhəllələrin işıqlandırılması, blokların təmiri, liftlərin dəyişdirilməsi və ya təmiri, quru ağacların budanması, və digər müxtəlif məsələlərlə bağlı problemlər səsləndirildi.
Biz əlbəttə ki, bu məsələlərin qısa zaman ərzində həll olunmasına çalışacağıq və bununla bağlı artıq bir neçə quruma müraciətlər hazırlayıb təqdim etmişik. Ümid edirik ki, onların bir çoxu tez bir zamanda öz həllini tapacaq.
❗️Əziz Nizami rayon sakinləri,
Bilməyinizi istərdim ki, sizinlə görüşmək və canlı ünsiyyətdə olmaq mənim üçün çox xoş idi. Sizin fikirləriniz və ümumiyyətlə ictimai fikir bizim üçün çox əhəmiyyətlidir.
Sizin hər zaman yanınızda olmağı və sizə dəstək olmağı özümə borc bilirəm”.
Görüşdən fotoları təqdim edirik.