Home Cəmiyyət Sabah Sabunçuda içməli suyun verilişində məhdudiyyət olacaq

Sabah Sabunçuda içməli suyun verilişində məhdudiyyət olacaq

334
0
SHARE

Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah Bakının Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.