Ermənistanda koronavirusa yoluxanların sayı 46 910 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 239 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 926 nəfər koronavirusdan ölüb, 3 330 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.