ABŞ-ın ən yaşlı Ali Məhkəmə üzvü 87 yaşlı Rut Beyder Qinzburq xərçəng xəstəliyindən vəfat edib.
Trend-in məlumatına görə, bu barədə məhkəmə orqanından xəbər veriblər.
Məlumatda bildirilib ki, hakim Vaşinqtonda yerləşən evində ailəsinin əhatəsində mədəaltı vəz xərçənginin törətdiyi fəsadlara görə ölüb.
R.B.Qinsburq ABŞ tarixində Ali Məhkəmənin ikinci qadın hakimi olub və 27 ildən çoxdur bu vəzifəni icra edib.