Home Manşet Bəhruz Quliyev: Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu

Bəhruz Quliyev: Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu

697
0
SHARE

“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması və müalicəsi üçün mülki klinikaya aparılaraq həkim nəzarətində saxlanılması ilk növbədə hakimiyyətin humanizm siyasəti, eyni zamanda məhkəmələrimizin ədalətli qərar çıxarmalarının məntiqi nəticəsidir.”

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu reallıq eyni zamanda, T.Yaqublunun aclıq aksiyası üzərindən siyasi manipulyasiyaya cəhd göstərənlərə layiqli cavab oldu: “Beşinci kalon və onların ölkəmizdəki əlaltıları dəfələrlə neftin qiymıtinin dünya bazarında enməsindən, pandemiya nəticəsində iqtisadi-sosial vəziyyətinin ağırlaşacağı etimalından və s. bu məsələdən maksimum yararlanaraq dövlətin və hakimiyyətin üzərinə qara yaxmağa cəhd göstərsələr də, onların bu cəhdləri yenə də puç oldu. Bildiyimiz kimi, elə Yaqublu məsələsində onun həkimi Aqil Qeybulla ilk olaraq bəyan etdi ki, onun vasitəsi ilə çirkin kampaniyalar aparmaq marağında olanlar var və həkimin həmin sözlərindən qıcıqlanan bir qrup radikal müxalifət bu vasitə ilə əslində özlərini ifşa etmiş oldular. Baxın, sosial şəbəkələrdə hay-küy salanlar açıq-aşkar sanki Tofiq Yaqublunun həyatıın ağır təhlükə ilə qarşı-qarşıya qalmasını istəyirdilər. Hətta təəssüf edici haldır ki, Yaqublunun qızı Nigar Həzi də onlar kimi davranaraq sanki atasının səhhətinin daha da ağırlaşmasını istəyirmiş kimi davranırdı. Onun azadlığa çıxması “Milli Şura”nın “liderlərini” və xaricdə oturan qrant mühacirlərini çox məyus etdi. Onların xaricdəki qrant donorları da artıq bu çirkin planlarınlın alınmadığının fərqinə vardılar. Qalib isə ədalətli məhkəmə və ölkəmizdə davam edən humanizm siyasəti oldu”.

T.Yaqublunun hələ həbsxanada olduğu müddətdə onun ciddi həkim nəzarətində olması, qızı Nigar Həzi ilə görüşməsi, Ombudsmanla individual görüşdə iştirakı, evi və ailəsi ilə mütəmadi telefon danışıqları aparması və s. kimi faktlar da qənaətə gəlməyə zəmin yaradır ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı kimi şəxslər həmin müsbət çalarları görmək iqtidarında olmayıblar”, deyən siyasi ekspert sonda onu da bildirib ki, onlar vaxtilə sırf təsadüf nəticəsində yol qəzası keçirən Oqtay Gülalıyevin də ətrafında bənzər oyunbazlıqlar göstərməyə çalışırdılar: “O.Gülalıyevin səhhəti dövlət qayğlsı ilə yaxşılığa doğru inkişaf etdikdən sonra artıq o, adları çəkilənlər tərəfindən unudulub. İndi isə növbə T.Yaqubludadır və O.Gülalıyev mövzusu “liderlərə” sərf etmir. Bu baxımdan, hesab edirəm ki, radikal düşərgə yetkililəri növbəti dəfə hakimiyyətin humanizm siyasəti qarşısında aciz, çıxılmaz və gülünc vəziyyətə düşdülər. Təəssüf ki, bu cür məğlubiyyətlər hələ də onların haray-həşirçiliklərini kəsmələrinə səbəb olmur. Onları nə Yaqublu, nə də Gülalıyev kimi məsələlər heç vaxt maraqlandırmaylb. İndi də həmin ətrafda öz yalanlarını uğursuz cəhdləri sayəsində gizlətmək istəyirlər. Amma yenə də məğlub olublar, bu, bir faktdır’