38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib.
Trend-in məlumatına görə, sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə müraciətlər əsasən məşğulluq, hüquqi, tibbi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Millət vəkili fərdi qaydada seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.
Məşğulluq, sosial-məişət məsələləri ilə bağlı müraciətlərin təmin edilməsinə operativ reaksiya göstərilib. Eyni zamanda mövcud problemlərinin aradan qaldırılması istiqamətlərində şəhərin və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.