Home Manşet Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır

Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır

460
0
SHARE

“Tofiq Yaqubluya münasibətdə nümayiş etdirilən davranışa cəza siyasətinin humanistləşdirilməsi kontekstindən yanaşmaq lazımdır.”

Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində seçilmiş həbs qəti imkan tədbirininin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərar qəbul etməklə Azərbaycan dövlətinin vətəndaşına münasibətdə əsas meyarlarından biri olan humanizm prinsipini, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas götürüb.

Bu sözləri millət vəkili, Avronest Parlament Addambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Tofiq Yaqublunun daha öncə öz istəyi ilə mülki həkim tərəfindən müayinə olunmasına və mülki xəstəxanada müalicə almasına yaradılan şərait də dövlət başçısının məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlardan doğan nəticədir:

“Azərbaycanda kompleks islahatlar həyata keçirilir, hakimiyyətin bütün qollarında fəaliyyətin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Məhz bu baxımdan, Tofiq Yaqubluya münasibətdə nümayiş etdirilən davranışa da cəza siyasətinin humanistləşdirilməsi kontekstindən yanaşmaq lazımdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin bütün istiqamətlərdəki siyasətinin təməlində insan amili dayanır. Biz bu yanaşmanın dövlətimiz üçün prioritet olduğuna koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində də şahidlik edirik. Azərbaycan dövləti iqtisadi amilləri deyil, insanların həyatını, sağlamlığını əsas götürür. Motivindən asılı olmayaraq, bütün vəziyyətlərdə ayrı-ayrı şəxslərin həyatının, sağlamlığının əsas götürülməsi ölkəmizdə insan amilinin digər faktorlardan öndə dayandığını nümayiş etdirir”.