Home Manşet Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır

Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır

340
0
SHARE

Cənab Prezident İlham Əliyevin humanizm prinsiplərinə əsaslanan siyasəti dövlətimizin uğurlarının təminatıdır.

Bunu Trend-ə Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Tofiq Yaqublunun səhhətində ciddi problemin yaranmaması üçün məhkəmə humanist addım ataraq onun barəsində seçilən qərarı dəyişməsi birmənalı olaraq, ölkəmizdəki vətandaş faktorunun hər şeydən mühüm olduğuna dəlalət edir:

“Bildiyiniz kimi Tofiq Yaqublunun törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilsə də, onun 4.3 il müddətinə azadlıqdan məhrum olunması göz qabağında olsa da, bu qərarın dəyişdirilməsi həqiqətən Cənab Prezident İlham Əliyevin ölkəmizdə hümanizm prinsiplərinin önəmli faktor olmasını göstərir. Hətta müxalif düşərgənin təmsilçisi olan Tofiq Yaqublunun azadlığa buraxılması üçün hakim partiyanı təmsil edən millət vəkilləri də daxil olmaqla bir çox səlahiyyətli şəxsin onun azadlığa buraxılması ilə bağlı mütəmadi müraciətlər etmələrinə də diqqət yetirmək gərəkdir. Çünki bu, ölkədəmizdə siyasi mövqenin yox, vətandaş faktorunun önəmli amil olduğunu sübut edir. Dəfələrlə bu örnək addımların biz Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildiyinin də şahidi olmuşuq. Ümumiyyətlə, ölkəmizin belə hümanist prinsiplərlə idarə olunması çox sevindiricidir. Hesab edirəm ki, dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır”.