Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar müraciətləri əsasında qəbul edilib.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında müəssisəyə təşkil olunan səfər çərçivəsində məhkumlar qəbul edilib, konfidensial qaydada söhbətlər aparılıb.
MPQ üzvləri tərəfindən müəssisədə cəza çəkən məhkumların saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.
Məhkumlara Ombudsmanın səalahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.
Müvəkkilə ünvanlanmış müraciətlər qəbul olunub.