Türkiyədə son 24 saat ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 445 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 538 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 301 348 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 312 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 266 117 nəfər təşkil edir.