Home Cəmiyyət Ermənistanda 277 yeni yoluxma qeydə alınıb

Ermənistanda 277 yeni yoluxma qeydə alınıb

422
0
SHARE

Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 277 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 930 nəfər koronavirusdan ölüb, 3 606 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.