Home Dünya xəbərləri Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub

Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub

528
0
SHARE

Qanada baş verən yol qəzasında səkkiz futbolçu həlak olub.

Trend-in məlumatına görə, hadisə Aşantı bölgəsində baş verib.

İdmançılar olan avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.

Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirdi.