Home Manşet Şəbnəm Həsənova: Ulu öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla gələcək nailiyyətlərimizin təməlini qoydu

Şəbnəm Həsənova: Ulu öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla gələcək nailiyyətlərimizin təməlini qoydu

637
0
SHARE

Müstəqillik illərində Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələri, müasir infrastrukturun qurulması, şəhər və rayonların simasının müasirləşməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsi Azərbaycanın təbii sərvətlərinin ölkəmizin və xalqımızın maraqlarına yönəldilməsinin nəticələridir.

Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Heydər Əliyevin hazırladığı və həyata keçirdiyi neft strategiyası sayəsində ötən 30 ildə ölkəmiz böyük uğurlara imza atmağa müvəffəq olub:

“Azərbaycan neft-qaz sahəsində zəngin ənənələrə malik olan bir ölkədir. Hələ çar Rusiyası zamanında bir sıra zəngin neft maqnatları geniş xeyriyyəçilik fəaliyyəti ilə seçilmiş, milli mədəniyyətimizin inkişafına, xalqımızın intellektual potensialının yüksəlməsinə mühüm töhfələr vermişlər. Buna baxmayaraq çox təəssüf ki, Sovetlər Birliyi dövründə Azərbaycanın zəngin ehtiyyatları istismar olunmuş, ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirilmişdir. Bu ədalətsiz mövqeyin nəticəsi kimi Sovetlər Birliyindən Azərbaycana acınacaqlı vəziyyət, dağılmış neft infrastrukturu miras qalmışdır. O dövrdə, xüsusilə Mixail Qorbaçovun idarəçiliyi zamanında Azərbaycana qarşı düşmən münasibət bəslənilirdi. Azərbaycanlıların qəhrəmanlıq səhifələri tarixdən silinir, ya da kölgədə saxlanılırdı. İstər çar Rusiyası dövründə, istərsə də Sovetlər dövründə Azərbaycan nefti Azərbaycan xalqının maraqları istiqamətində işlənilmirdi. Yalnız müstəqillik dövründə Azərbaycanın təbii sərvətləri xalqımızın maraqlarına xidmət etməyə başladı. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik, düşünülmüş siyasəti, hazırladığı və həyata keçirdiyi neft strategiyası sayəsində ötən 30 ildə ölkəmiz çox böyük uğurlara imza atmağa müvəffəq oldu. Müstəqillik illərində Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələri, müasir infrastrukturun qurulması, şəhər və rayonların simasının müasirləşməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsi Azərbaycanın təbii sərvətlərinin ölkəmizin və xalqımızın maraqlarına yönəldilməsinin nəticələridir.

Bu gün də “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz strategiyasının həyata keçirilməsində önəmli hadisə kimi dəyərləndirilir. Bu yatağın ehtiyatı 350-360 milyard kubmetr həcmində olmaqla 100 milyon ton kondensata malikdir. Yatağın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının güclənməsinə önəmli töhfə verəcək. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı qismində çıxış edəcəkdir. Həm “Qarabağ” dayaq bloku da daxil olmaqla son illər mürəkkəb qurğuların Azərbaycanda istehsal olunması, həm də “Abşeron” yatağının “Neft Daşları” ilə bağlı olması da “Neft Daşları”na yeni həyat verəcək.

Bu gün isə 20 sentyabr neftçilərin peşə bayramı günüdür. Neftçilərin əməyi Azərbaycan xalqı tərəfindən hər zaman əsl qəhrəmanlıq kimi dəyərləndirilir. Bu peşə sahibləri hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olublar, ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nailiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Ən əsası isə onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir. Hazırkı dövrdə də Azərbaycanın neft-qaz layihələri uğurla icra edilir. “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və enmənin kompensasiyasını təmin edəcəkdir. Elə təkcə o faktı vurğulamaq lazımdır ki, TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazı ilk sıradadır. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. İki ildən sonra isə “Qarabağ” yatağından ilk neft hasil olunacaq. Onu da qeyd etmək lazımdır ki, “Qarabağ” yatağında neft ehtiyatları daha çoxdur və Azərbaycanın hasilatının sabit saxlanması üçün bunun mühüm əhəmiyyəti var. Bundan əlavə, “Dayazsulu Abşeron” layihəsinin perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işlərinin aparılması planlaşdırılır. Eyni zamanda, SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” çox perspektivli layihələrdir. Bütün bu faktların təməlində isə ümummilli liderin əsəri olan “Əsrin müqaviləsi” dayanır. Bu tarixi müqavilənin imzalanmasından 26 il keçməsinə baxmayaraq Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır”.