Çexiyanın Səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxma sayının kəskin artması fonunda istefa verib.
Trend-in məlumatına görə, bu barədə nazir özü açıqlama verib.
O, istefa ərizəsini Baş nazir Andrey Babişə təqdim etdiyini bildirib.
Qeyd edək ki, Çexiyada son günlərdə gündəlik 2 minə yaxın yoluxma qeydə alınır.
Bu günıədək ölkədə koronavirusa yoluxanların sayı 49 290 nəfərə çatıb, 503 nəfər həyatını itirib.