Home Manşet Millət vəkili icra başçısi ilə birgə şəhid bulağının açılışında iştirak etdi

Millət vəkili icra başçısi ilə birgə şəhid bulağının açılışında iştirak etdi

621
0
SHARE

 

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə mütəmadi olaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə sakinlərlə görüşlər keçirir, onları narahat edən məsələləri operativ şəkildə həll edir.

Növbəti dəfə millət vəkili Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Hazırəhmədli kəndində Şəhid Turab Məmmədovun anası Bəyaz Məmmədovanın evində olub, şəhid ailəsinin problemlərini dinləyiblər. Anar Məmmədov eyni zamanda şəhid Turab Məmmədovun və şəhid Vüsal Əliyevin adını daşıyan bulağn açılışında iştirak edib. Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı oldu.

Daha sonra millət vəkili və İcra başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparıblar.

Sonda şəhid anası və sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.