Home Dünya xəbərləri Tac-Mahal ziyarətçilər üçün açılıb

Tac-Mahal ziyarətçilər üçün açılıb

751
0
SHARE

Hindistanın Aqra şəhərindəki Tac-Mahal abidəsi koronavirus pandemiyası ilə əlaqədar 6 aylıq qapanmadan sonra ziyarətçilər üçün açılır.

Trend-in məlumatına görə, bu, məqbərə tarixində ən uzunmüddətli qapanma olub.

Yeni qərara əsasən, tarixi abidəyə gün ərzində karantin qaydalarına əməl etməklə 5 min ziyarətçi gələ biləcək.

Qeyd edək ki, Tac-Mahal mart ayında bağlanmışdı. Pandemiyaya qədər mavzoleyə gündəlik 70 minədək ziyarətçi və turist gəlirdi.

Tac-Mahal sonuncu dəfə 1978-ci ildə subasma ilə əlaqədar qısa müddətə bağlanmışdı.

Bugünədək Hindistanda 5,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 88 minə yaxın şəxs ölüb.