Home Manşet Türkiyə-Azərbaycan birliyi Sorosun layihəsini – Paşinyan rejimini qorxudur

Türkiyə-Azərbaycan birliyi Sorosun layihəsini – Paşinyan rejimini qorxudur

640
0
SHARE

“Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər bir halda Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birmənalı, açıq və kəskin açıqlamaları Azərbaycan xalqını olduqca sevindirdi. Bu açıqlama Türkiyə-Azərbaycan birliyinin gücünə güc qatdı, qardaşlığımızın təzahürü oldu. Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin Müdafiə naziri, xarici işlər naziri, siyasi və ictimai xadimlər Azərbaycana dəfələrlə həmrəylik, dəstək nümayiş etdirdilər. Heç şübhəsiz ki, Azərbaycan da həmişə Türkiyənin yanındadır və bütün məsələlərdə qardaş ölkənin möqeyini birmənalı olaraq dəstəkləyir”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri müntəzəm xarakter daşıyır: “Ermənistan rəhbəri yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bu, da onları qorxuya salır, onlar psixoloji stress keçirirlər. Bu səbəbdəndir ki, müraciət etmədikləri yer, döymədikləri qapı qalmayıb. Bununla da Ermənistan hər zaman olduğu kimi öz acizliyini, cılızlığını və gücsüzlüyünü göstərir. Bu işğalçı dövlətin siyasətinin əsas qayəsi, məqsədi özlərini alçaltmaq, biabır etmək, məzlum, yazıq xalq imici düzəltməkdir, ondan-bundan imtiyaz, ianə, qrant qoparmaq, kömək dilənməkdir”.

Politoloq bildirib ki, eyni zamanda o da qeyd olunmalıdır ki, Türkiyə Prezidentinin Administrasiyasından bir daha bildirildi ki, Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir: “Bu isə nəinki Ermənistanı, eyni zamanda hər kəsi agah etməlidir ki, Türkiyə Azərbaycanı döyüş meydanında tək qoymayacaq. Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara Azərbaycanı dəstəkləyəcək və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək. ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salması fonunda bu işğalçı dövlət havadarlarının səssiz razılığına güvənərək unutmasın ki, Türkiyə də Azərbaycanın müttəfiqidir. Türkiyə Prezidentinin Administrasiyası bölgədəki qeyri-sabitliyə görə cavabdeh məhz Ermənistanı görür və Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmağa səsləyir və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməsini istəyir”.

Ş.Həsənova vurğulayıb ki, o da aşkardır ki, Ermənistan kimi aciz bir dövlətin müstəqilliyi də formal xarakter daşıyır: “Belə ki, özü qərar qəbul edə bilməyən bir ölkə heç zaman müstəqil ola bilməz. Soros tərəfindən idarə olunan bir ölkənin müstəqilliyindən söhbət belə gedə bilməz. Hal-hazırki Paşinyan rejimi Sorosun məhsuludur. Bu gün Ermənistanda söz sahibi Paşinyanın hakimiyyət komandası Sorosdan, müxtəlif insan hüquqları təşkilatlarından formalaşıb. Ona görə də təəccüblü və təsadüfi hal deyil ki, onlar bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Avropa Şurası, Ermənistan üzrə məruzəçilər, “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” Sorosa görə susur. Çünki Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorlarından biridir”.