Home Energetika “SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb

“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb

690
0
SHARE

“SOCAR Enerqoresurs” və Rusiyanın Tümen vilayəti arasında sosial-iqtisadi əməkdaşlıq barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sənəd Tümen neft-qaz forumu çərçivəsində imzalanıb.

“SOCAR Enerqoresurs”un baş direktoru Fərid Cəfərov bildirib ki, bu saziş yaxın dörd il ərzində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək.

O qeyd edib ki, şirkət regional rəhbərliklə səmərəli, uzunmüddətli əməkdaşlığı hədəfləyir. F.Cəfərovun sözlərinə görə, bu tərəfdaşlıq şirkəti inkişafına və Tümen vilayətində iqtisadiyyatın və sosial sahənin inkişafına xidmət edəcək.