Home Siyasət Cavid Osmanov: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir

Cavid Osmanov: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir

893
0
SHARE

Son dövrlər Ermənistan tərəfinin ardıcıl təxribatlar törətməsi və bu ölkənin silahlandırılması Ermənistanın bugünkü qorxaq hərbi siyasi rəhbərliyi tərəfindən növbəti və daha böyük təxribatlara hazırlandığını açıq-aydın göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev bu günlərdə verdiyi müsahibəsində bu məsələyə ciddi şəkildə toxundu: “Cənab Prezident qeyd etdi ki, ermənilər heç zaman təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzlər. Bu fikir əslində açıq bir siyasi mesajdır və bu mesaj hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu sübut edir.

Bu gün Azərbaycanın çox qüdrətli ordusu var və Azərbaycan bütün parametrlər üzrə Ermənistandan qat-qat üstündür. Elə təkcə onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

Eyni zamanda cənab Prezidentin bu mesajı Azərbaycanın gücünü, həmçinin siyasətimizin müstəqilliyini əks etdirir. Bu gün hər kəsə aydındır ki, Ermənistan müstəqil dövlət deyil, müstəqilliyi formal bir xarakter daşıyır. Bu ölkədəki sonuncu çevrilişdən sonra onun hərbi-siyasi rəhbərliyi bir çox ölkələrdə çevrilişlər həyata keçirən Soros Fondunun tapşırıqlarını yerinə yetirir və baş nazir Nikol Paşinyan da Soros Fondunun tör-töküntüsüdür”.

Deputat vurğulayıb ki, Tovuz hadisələri zamanı bir daha nümayiş olundu ki, Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bununla yanaşı ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında birləşmələrini bəyan etdilər:

“Cənab Prezidentin həmin müsahibəsi zamanı “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” – ifadəsi müəyyən mənada dövlətin müharibəyə hazır olduğunu bildirir. Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, təkcə hökumət yox, müharibənin başlanması, eyni zamanda xalqın da çağırış və istəyinin nəticəsi kimi ola bilər. Hesab edirəm ki, Ermənistan hakimiyyəti və havadarları bütün bunlardan nəticə çıxmalı və işğalçılıq siyasətindən əl çəkməlidir. Əks halda, Ermənistan üçün nəticələr ağır olacaq”.