Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi, qurbanların sayı artıq bir milyona yaxınlaşır.
Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, bütün bunlar qlobal hazırlıq, qarşılıqlı fəaliyyət və həmrəyliyin olmamasının nəticəsidir:
“Pandemiya açıq-aşkar beynəlxalq ictimaiyyət üçün sınaqdır və biz bunun öhdəsindən gələ bilmədik. Virus artıq bütün dünyada bir milyona yaxın insanı öldürüb, 30 milyondan çox şəxsə ziyan vurub. Virus nəzarətdən çıxıb”.