Home Manşet Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

461
0
SHARE

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) resursları ərazi münaqişələrində istifadə oluna bilməz.

Bunu Trend-ə qazaxıstanlı politoloq Dosım Satpayev Ermənistanın kömək üçün KTMT-yə müraciətini şərh edərkən deyib.

O qeyd edib ki, KTMT-nin nizamnaməsinə əsasən, bu təşkilat hər hansı siyasi və hərbi oyunlar üçün istifadə oluna bilməz:

“Bu təşkilatın səyləri hansısa üzv istəyir deyə istifadə oluna bilməz. Bu qurum yalnız xarici təcavüz halında öz üzvlərinə dəstək göstərə bilər. Amma söhbət ərazi mübahisələrindən gedirsə, bu, KTMT-nin səlahiyyətlərinə daxil deyil, çünki bu cür məsələlər diplomatik yolla həll olunmalıdır”.

Politoloq xatırladıb ki, Qazaxıstan hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin fəal tərəfdarı olub:

“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu prioritet hesab edir”.