Home Manşet Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır

Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır

584
0
SHARE

Pakistan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçirir.

Trend-in məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin dinc əhalisini intensiv atəşə tutması qınaq hissi doğurur və acınacaqlıdır. Bu hərəkətlər bütün bölgənin sülh və təhlükəsizliyini təhlükə altına ala bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün döyüş əməliyyatlarına son qoymalıdır”.

Bəyanatda vurğulanır ki, Pakistan qardaş Azərbaycan xalqını və onun özünümüdafiə hüququnu dəstəkləyir: “Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə cavab verən mövqeyini dəstəkləyirik”.