Home Manşet Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib: Düşmən geri çəkildi (VİDEO)

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib: Düşmən geri çəkildi (VİDEO)

287
0
SHARE

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.