Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişə zonasında bütün iştirakçıları deeskalasiyaya kömək etməyə və münaqişəyə xarici müdaxilənin qarşısını almağa çağırır.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano brifinq zamanı deyib.
O bildirib: “Biz regiondakı bütün iştirakçıları Dağlıq Qarabağ münaqişəsinə xarici müdaxilənin istənilən formasından qaçmağı çağırırıq”.