Home Siyasət Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri

Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri

270
0
SHARE

Prezident Ilham Əliyev milli lider olaraq dövlətimiz və xalqımız üçün strateji əhəmiyyətli məsələləri və onlardan irəli gələn baza prinsipləri geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində intensiv addımlar atmaqdadır. Əvvəlcə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və sentyabrın 25-də Avropa İttifaqının Cənubu Qafaqz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən səsləndirdiyi fikirlər fundamental xarakter kəsb edir. Bu yazıda konkret olaraq Prezident İlham Əliyevin Avropa İttifaqının təmsilçisi ilə görüşü əsnasında qaldırdığı bir sıra vacib məsələlərə dair fikirlərimizi qədirbilən oxucularımızın nəzərinə çatdırmaq istəyirik.

Azərbaycan dövlətinin rəhbəri görüş çərçivəsində ilk növbədə Ermənistanın son hərbi təxribatlarına diqqəti cəlb etdi və onları doğuran səbəblərə aydınlıq gətirdi. Cənab İlham Əliyev həmi səbəbləri 4 istiqamət üzrə müəyyən etdi. Birincisi, Ermənistanın müfafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” militarist mahiyyətli ”konsepsiya”sından çıxış edərək yeni torpaqlar işğal etmək və sonrakı danışıqlar prosesində mövqe üstünlüyünü təmin etmək, İkincisi, Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq. Ermənistan faktiki olaraq iqtisadi və siyasi böhran məngənəsində sıxılmaqdadır. Azərbaycanda olan səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, güclü iqtidar və xalq birliyi Ermənistanda nəinki yoxdur, əksinə zəif iqtidar və güclü müxalifət fonunda yeni inqilabın baş verməsi zaman keçdikcə daha çox labüd görünür. Üçüncüsü, münaqişəyə 3-cü tərəfi cəlb etmək istəyi. Təsadüfi deyildir ki, “iyul təxribatı”nda məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi qorxaqcasına Kollektiv Təhlkəsizlik Müqaviləsi Təşkilatına yalvararaq kömək istədi. Rəsmi İrəvanın əli havada asılı vəziyyətdə qaldı. Hərbi-siyasi təşkilatın Ermənistandan savayı, bütün üzvləri ilə Azərbaycanın dost və işgüzar münasibətləri mövcudluğu. Ermənistan Rusiyanın müttəfiqi olsa da, Kremldə Nikol Paşinyana münasibətdə etimadsızlıq mühiti formalaşıbdır. Onun özü də daxil olamaqla erməni siyasətçilərinin deyil, erməni xalqının Rusiyanın müttəfiqi olması ilə bağlı ikibaşlı fikirləri Moskvada olduqca soyuq qarşılanıb. Paşinyanın erməni elitasını erməni xalqından ayıraraq Rusiyanın müttəfiqi kimi görməməsi haqlı olaraq Rusiya hakimiyyətində Paşinyanın Qərbin adamı olması ilə bağlı şübhələri daha da artırmışdır. Onun özünü məhz xalqın lideri adlandırması fonunda yuxarıda səsləndirilən mövqeyi çoxsaylı suallar doğrmaqdadır. Tapılan cavablar isə Kremlin Paşinyan hökumətinə olan məlum münasibətininin daha da kəskinləşməsi mənafeyinə xidmət göstərir. Nəhayət, Ermənistan hökumətinin son təxribatçı davranışının əsas səbəblərindən biri də danışıqlar prosesini pozmaqla bağlıdır. Paşinyan hökuməti yuxarıda sadalalan niyyətlərinin heç birinə nail ola bilmədi, yeganə arzusuna çatdığı məsələ danışıqlar prosesinin dayandırılmasının reallaşması ilə bağlıdır. Bu məqsəd üçün Ermənistanın kriminal rejimi dəridən-qabıqdan çıxmaqdadır. Xankəndidə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Təcavüzkar, militarist və irticaçı hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmək, danışıqlar masası ətrafında oyuncaq separatçı rejimi əyləşdirmək cəhdləri, işğal altındakı ərazilərimizdə qondarma seçkilər keçirmək və qondarma “prezident”in andiçmə mərasimini Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil etmək, zəbt olunmuş torpaqlarımıza Suriya və livandan erməni mənşəli insanları köçürməklə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirmək, qoca və qadınları da məcbur etməklə on minlərlə mülki insanın cəmləşdiyi hərbi hissələr formalıaşdırmaq və onların sıralarını Yaxın ,Şərqdən gətirilmiş terrorçularla zənginləşdirmək istiqamətində atılmış addımlar eyni məqsədə-danışıqların kəsilməsi və müharibəyə hazırlıq mənafeyinə xidmət göstərir. Bu reallıq fonunda münaqişənin tənzimlənməsi mandatına sahib olan ATƏT-in Mİnsk qrupunun fəaliyyəti haqlı olaraq Azərbaycan ictimaiyyətində məyusluq doğurur. Onların ünvansız bəyanatları işğalçı Ermənistanda arxayınçılıq sindromunu daha da möhkəmləndirir və onu yeni təcavüzkar hərəkətlərə şirnikləndirir. Dövlətimizin rəhbəri İlham Əliyevin qeyd etdiyi kimi, “Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır”

Sonda obyektivlik naminə onu da qeyd edək ki, beynəlxlaq birliyin məlum münaqişə ilə bağlı həmrəy mövqeyi vardır. Həmin mövqeyə görə, işğal altında olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Azərbaycanın ayrılmaz hissəsidir. Deməli, burada müzakirə olunacaq bir məsələ yoxdur. Sadəcə beynəlxalq birliyin iradəsi yerinə yetirilməlidir. Ermənistanı dayandırmaq üçün BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmalıdır. Ermənistanın beynəlxalq birliyin iradəsi əksinə davranışına hüquqi qiymət verilməli və aqressora qarşı sanksiyalar təqbiq olunmalıdır. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, 19 fəsil 111 maddədən ibarət olan BMT Nizamnaməsinin 41-ci maddəsi sanksiyalar rejimini özündə ehtiva edir. Hal-hazırda BMT TŞ tərəfindən 14 sanksiyalar rejimi fəaliyyhət göstərir. Bunlar ilk növbədə, 3 istiqamət üzrə sanksiyaları nəzərdə tutur. Birincisi, münaqişələrin siyasi tənzimlənməsinə dəstək. İkincisi, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq. Üçüncüsü isə, terrorizmə qarşı səmərəli mübarizə məqsədlərindən qaynaqlanır.

Göründüyü kimi, birinci istiqamət üzrə məsələlər kontekstində Ermənistana qarşı sanksiyaları tətbiqinin ciddi hüquqi əsasları vardır. Ermənistana münasibətdə məcburetmə tədbirləri aşağıdakı sferaları əhatə edə bilər:

Iqtisadi və ticarət sanksiyaları;
Silah təhcizatına embarqo;
Rəsmi şəxslərə qarşı sanksiyalar;
Maliyyə məhdudiyyətləri;
Xammal məhsulları ilə ticarətə qadağa və s.

Yalnız sanksiyaların təzyiqi altında Ermənistanla danışıqlar masası arxasında oturmaq mümkündür. Belə danışıqların konstruktiv olacağı şübhə döğurmur.

Bu reallıq fonunda sədr ölkə olaraq Azərbaycan məhz Qoşulmama Hərəkatının növbəti sammitində BMT-də islahatlar məsələsini və bu kontekstdə Ermənistana qarşı universal beynəlxalq təşkilatın sanksiyalar mexanizminin yaradaılmasını xüsusi müzakirə mövzusuna çevirə bilər.

Elman Nəsirov

Milli Məclisin deputatı,

YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq

və inteqrasiya komissiyasının katibi,

siyasi elmlər doktoru, professor