Dünən Xarici İşlər Nazirliyində diplomatik nümayəndələrlə görüş keçirilib.
Trend-in məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, görüşdə hadisə barədə diplomatik korpusun nümayəndələrinə məlumat verilib: “Eyni zamanda Azərbaycanın başqa ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə göstəriş verilib ki, erməni təxribatları barədə məlumatlar verilsin. Biz Azərbaycanda akkreditasiya olunan səfirlik nümayəndələrindən xahiş edirik ki, bu hadisələr obyektiv qiymətləndirilsin”.