Home Manşet Deputat: Ermənilər Azərbaycan Ordusunun zərbələrindən təşvişə düşüb qaçırlar

Deputat: Ermənilər Azərbaycan Ordusunun zərbələrindən təşvişə düşüb qaçırlar

287
0
SHARE

Terrorçu, işğalçı və faşizm siyasətini davam etdirən Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən bütün cəbhə boyu təxribatlara əl atıldı. Əlbəttə, bu, gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyev artıq bir müddətdir ki, Ermənistanın daha böyük təxribatlara və müharibəyə hazırlaşması ilə bağlı dünya ictimaiyyətinə mesajlarını vermişdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında da bu məsələyə toxundu və bütün dünya ictimaiyyətini məhz Ermənistanın faşizm siyasətinin və təxribatlarının qarşısını almağa çağırış etdi:

“Amma bütün bunlara baxmayaraq, Ermənistanın 27 sentyabr tarixində səhər saat 06:00 radələrində belə bir təxribata əl atması əlbəttə ki, növbəti dəfə Ermənistanın faşizm siyasətinin dövlət siyasəti səviyyəsinə qalxdığını bir daha göstərir. Maraqlı bir məqamı diqqətinizə çatdırım, elə 1941-ci ildə də müharibə elan edilməmiş alman faşistləri bazar günü sübh saatlarında saat 06:00 radələrində hücum etmişdilər. Elə Ermənistanın da bazar günü sübh saatlarında Azərbaycana hücum etməsi bir daha onların siyasətinin kökündə faşizmin dayandığını göstərir.

Ancaq ermənilər Azərbaycanın qüdrətli ordusu tərəfindən layiqli cavabını alır. Ordumuz bir sıra əraziləri artıq işğaldan azad edib. Bu çox qürurverici haldır. 27 sentyabr Azərbaycanın müstəqil tarixində ən şanlı günlərdən biridir, çünki böyük qələbənin böyük təməli məhz elə həmin gün qoyuldu. Azərbaycan ordusu erməni təxribatlarının qarşısını çox məharətlə alır və bir neçə yaşayış məntəqələri, strateji yüksəkliklər və postlar erməni işğalçılarından azad olunub. Ermənistan daxilində çox ciddi təşviş var, həm hərbçilər, həm mülki şəxslər mövqelərini, yaşadıqları yerləri qaçaraq tərk edirlər”.

Deputat vurğulayıb ki, xalqımızda çox böyük ruh yüksəkliyi var və hər bir Azərbaycan vətəndaşı bir əsgər kimi bu savaşa hazırdır: “Biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Bu gün ordumuz bunu çox böyük ruh yüksəkliyi ilə edir. İnanırıq ki, böyük qələbənin təməli artıq qoyulub və yaxın günlərdə işğal altında olan digər ərazilərimiz azad olunacaq və bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”.