Regionda vəziyyət kəskinləşməyə davam edəcəyi təqdirdə, Ermənistan Dağlıq Qarabağdan əhalinin təxliyə olunması üçün humanitar dəhlizlərin təşkil olunması imkanını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Danışır Moskva” radiostansiyasına müsahibəsində deyib.
O bildirib ki, bu məsələlər nəzərdən keçirilsə də, vəziyyətin bu yerə çatmayacağına ümid edir. Eyni zamanda, səfir humanitar dəhlizin yaradılması məsələsinin zəruri olduğunu deyib.