Ermənistan tərəfindən saxta məlumatlar hazırlayıb sosial şəbəkələrdə yayılır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: “Ermənilər guya azərbaycanlı general Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymışdı. Bütün bunlar daxildə yaranmış xaosu azaltmaq məqsədi daşıyır. Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur”.