Home Manşet Hikmət Hacıyev: Tərtərdə polis şöbəsinə və məcburi köçkünlər üçün inşa olunan şəhərciyə...

Hikmət Hacıyev: Tərtərdə polis şöbəsinə və məcburi köçkünlər üçün inşa olunan şəhərciyə atəş açılıb

231
0
SHARE

Əməliyyatlar təmas xəttində Azərbaycanın mülki şəxslərə hücumu ilə başlayıb.

Trend–in məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Bu barədə beynəlxalq ictimaiyyətə çatdırılıb: “Tovuz hadisələrdən başlayaraq regional gərginlik provakasiyasıdır. Bu da Ermənistan siyasi hakimiyyəti tərəfindən həyata keçirilən provakasiyadır. Azərbaycan əks hücumlara başlayaraq onların atəş nöqtələrini sujdurub: “Çətin vəziyyətə düşən düşmən təmas xəttində mülki Azərbaycan əhalisini hədəfə alıblar. Dünən Naftalan şəhərində ermənilərin ağır artilleriya atəşi zamanı bir ailənin 5üzvü həlak olub. Bu gün Tərtərdə ermənilərin atəşi nəticəsində qadınlar üçün nəzərdə tutulan toxuculuq sexinəziyan dəyib. Bundan əlavə Tərtər rayonunda polis şöbəsinə və məcburi köçkünlər üçün inşa olunub şəhərciyə atəş açılıb. Hadisə nəticəsində ümumilikdə 14 mülki Azərbaycan vətəndaşı həlak olub. Azərbaycan Silahlı Qüvvələri bu hücumların qarşısını almaq üçün əks həmlə hücumlara başlayıb və mülki əhalinin təhlükəsizliyini təmin etsin. Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır. Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük.amma beynəlxalq ictimaiyyətə bildiririk ki Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki müharibə aparılır. Biz isə istəyirik ki, Ermənistan işğalçı mövqeyinə son qoysun. Bu böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan olunub. Beynəlxalq hüquqdan istifadə edirik. Amma bunun əksini Ermənistan Silahlı qüvvələrində müşahidə edirik”.