BMT-nin qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququ kobud şəkildə pozan və Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında ağır toqquşmalar baş verib.
Trend-in məlumatına görə, bunu Fransada Azərbaycanın dostları Assosiasiyasının rəhbəri Jan Fransu Mansel deyib.
Onun sözlərinə görə, bu toqquşmalar, çox təəssüf ki, münaqişədə tərəfkeşlik etdikdən sonra beynəlxalq hüquqa uyğun olan heç bir çıxış yolu təklif etmək iqtidarında olmayan beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir.
İllərdir ki, bizim Assosiasiya xatırladır ki, bu münaqişəni dondurmaq olmaz, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməlidir və Azərbaycanla hər iki dövlətin xalqı üçün dinc və konstruktiv bir dialoqa başlamalıdır.
Əgər bu istiqamətdə heç bir addım atılmazsa, bir daha ağır nəticələrin olması qaçılmazdır.
Fransa bunu nəzərə almalıdır.