Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Kreml bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: “Hazırda biz tərəfləri maksimum təmkinli olmağa, hərbi üsullardan imtina etməyə, eləcə də hərbi toqquşma mərhələsində vəziyyəti daha da gərginləşdirəcək bütün addımlardan imtina etməyə çağırırıq”.