Home Siyasət Hikmət Babaoğlu: AXCP və Müsavat cütlüyünün siyasi intiharı

Hikmət Babaoğlu: AXCP və Müsavat cütlüyünün siyasi intiharı

321
0
SHARE

Sentyabr ayının 27-i millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldlğı günün başlanğıcıdır. Bu yeni tarix ötən əsrin 90-cı illərində yazılan məğlubiyyətlər deyil qalibiyyətlər, zəfərlər tariximizdir. Belə bir məsuliyyətli mərhələdə ölkəmizdə mövcud olan 52 siyasi partiyadan 50–si bəyanat imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı addımları, nümayiş etdirdiyi qətiyyəti dəstəklədiyini bildirdi. Bu addıım xalq –iqtidar biriliynə siyasi sistemimizin daxili aktrolarının verdiyi dəstək oldu və ictimai rəydə olduqca müsbət qarşılandı . Aazərbaycanın ən yeni siyasi tarixinin şərəfli səhifələrinin yazıldığı bu tarixi mərhələdə Azərbaycan xalqı ilə ,onun Ali Baş Komandanı ilə həmrəylik nümayiş etdirə bilməyən iki siyasi partiya , Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə xalqımızın iradəsinin əksinə getməklə özlərini tarixin arxivinə gömmüş oldular .Bu əslində AXCP və Müsavat partiyalarının siyasi intiharı idi .Çünki belə həssas və məsuliyyətli , milli maraqlarımız baxımından bütün vacib əhəmiyyətli məsələlərdən daha vacib olan bir məsələdə xalqın yanında olmamaq , onun milli davasına dəstək verməmək bu siyasi partiyalar üçün intihardan başqa bir şey deyil .Əslində burada partiya iradəsi yaxud ifadəsi bəlkə də o qədər doğru deyil .Ona görə iki bu iki partiyada partiya adından qərar qəbul edən əzəlindən bəri Azərbaycan siyasi sisteminə kin-küdurət , siyasi intiriqa , barışmazlıq gətirən İsa Qəmbər və Əli Kərimlidir .Ötən illərin təcrübəsi də onu göstərir ki , bu məntiq doğrudur. Çünki vaxtilə bu iki şəxsin ətrafında olan çoxsaylı siyasətçi və partiya fəalları ya partiyadan kənarlaşıb ya da siyasi fəaliyyətləri üçün başqa platforma müəyyən ediblər .Etiraf etmək lazımdır ki , onlardan daha istedadlı və rasional düşüncəli olanları xeyli uğurlar qazanaraq parlamnetdə təmsil olunacaq qədər tərəfdar və səs də toplaya bildilər .Bu isə…