Home Manşet Arzu Nağıyev: Makron Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır

Arzu Nağıyev: Makron Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır

339
0
SHARE

Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı son bəyanatı qeyri-adekvat bəyanatdır və heç bir çərçivəyə sığmır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, beynəlxalq mandata zidd olan bəyanatlar sülhə deyil, balansın pozulmasına gətirib çıxarır: “Balansı qorumaq Fransa tərəfinin birmənalı şəkildə işidir. Çox təəssüflər olsun ki, Fransa prezidenti cənab Makron çox qeyri-adekvat mövqedən çıxış edir. Düşünürəm ki, burada əsas məqam ondan ibarətdir ki, Makron Cənubi Qafqazda sülh uğrunda deyil, sanki Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır. Bu əvvəllər də belə olub. Bir sıra erməni rəhbərləri olan şirkətlər vasitəsilə onlar nəyəsə nail olub, sonra belə bəyanatlarla yadda qalırlar”.

A.Nağiyev qeyd edib ki, Fransanın tarixən müsəlman dövlətlərinə, o cümlədən Əlcəzairə, Liviyaya qarşı mövqeyinin nə ilə nəticələndiyini hamı bilir. Düşünürəm ki, bu gün Fransa kimi bir dövlətin rəhbəri olan Makron vaxtilə bu dövlətin başçısı olan De Qollun Azərbaycana qarşı münasibətini xatırlamalıdır. Eyni zamanda Fransa ilə Azərbaycan xalqları arasında daim dostluq şəraitində bir çox addımlar atılıb. Məlum məsələdir ki, Ulu Öndər Heydər Əliyev müstəqillikdən sonra ilk səfərini Fransaya edib. Bu gün Azərbaycanla Fransa arasında çox ciddi neft müqavilələri var və Fransa bütün bunları nəzərə almalıdır. Bütün bunların fonunda Makronun tutduğu mövqe heç bir beynəlxalq normaya uyğun deyil. Sadəcə olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, daha da qızışdırılmasına, status-kvonun saxlanmasına gətirib çıxaran bəyanatlar verdilər. Ona görə, də ATƏT-in Minsk qrupunun formatına yenidən baxılmalıdır və Fransa bu məsələlərə özünün ciddi münasibətini bildirməlidir.