Ermənistan ərazisində Yunanıstandan gələn muzdlular döyüşür.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, ermənilər xaricdən kiber hücum edir:
“Onlar ölkəmizin informasiya təminatına kiberhücumlar həyata keçirir. Bu problemin qarşısı alınmalı, aidiyyəti dövlətlər bu barədə tədbir görməlidir”.