Home Manşet Səfərbərlik Xidməti: On minlərlə vətəndaş müraciət edərək döyüşlərdə iştirak etmək istədiklərini bildirir

Səfərbərlik Xidməti: On minlərlə vətəndaş müraciət edərək döyüşlərdə iştirak etmək istədiklərini bildirir

298
0
SHARE

Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox insan – on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini general mayor Zaur Abdullayev bildirib.

Onun sözlərinə görə, vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər: “Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik”.