“Möhtərəm Prezidentim!… Çıxışınıza diqqətlə qulaq asdım! Bir azərbaycanlı kimi çıxışınızın hər kəlməsiylə, sözüylə, pauzası, nidasıyla qürur duydum. Dediniz ki, xalqımızın yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, bunlar tamamilə doğrudur! Ancaq eyni zamanda son yüz illik tariximizin ən qürurlu səhifələri bu gün yazılır. Bu tarixi Siz yazırsınız! Mən son yüz illik tarixi şərti deyirəm. Əsil həqiqətdə isə 1805-ci il Kürəkçay müqaviləsindən bu günədək yazılan tariximizin ən şərəfli səhifələrini Siz məhz indi yazırsınız! Milli faciələrmizin və məğlubiyyətlərimizin başlanğcı hesab edilən 1805-ci il Kürəkçay müqaviləsi Qarabağın ilhaqının başlanğıcı olmaqla bir qədər sonra bütün Azərbaycanın faciəsinə çevrildi”. Bu fikirləri tan.az-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. Deputat daha sonra çıxışında bildirib: “1813-cü ildə Gülüstan, 1828-ci illdə Türkmənçay sülh müqaviləsi imzalanmaqla həm Azərbaycan bölündü, həm də vətənsiz və lənətlənmiş bir tayfa olan haylar bizim torpaqlarımıza yerləşdirildi. Tanrının vətən vermədiyi, vətəni olma haqqına layiq bilmədiyi bu tayfaya biz torpaqlarımızdan vətən ,,payı,, verdik. Bu nankorlar isə ayaqları topraqlarımıza dəyər dəyməz bizə qarşı hər cür xəyanət, alçaqlıq, terror və soyqırımı törətdilər ! Son 30 illik tariximizdə isə daha da azğınlaşdılar. Torpaqlarımızı işğal etməklə kifayətlənməyib milli qururumuzu təhqir etdilər, milli mənəviyyatımızı yaraladılar! Bütün bunlar bir xalqın mənəvi bitişi, mənəvi qırılma nöqtəsinə qədər gətirildi. Belə bir vaxtda Siz tarixi xilaskar kimi, böyük sərkərdə və milli lider kimi elə bir tarixi qərar qəbul etdiniz ki, bu təkcə torpaqlarımızın azad edilməsi deyil, milli ruhumuzun, milli qürurumuzun, milli mənəviyyatımızın, dirçəliş tarixi olmaqla millətimizin yeni miladı hadisəsi olacaq! Sizinlə fəxr edirəm cənab Prezidentim! Ulu Tanrım Sizə yar olsun, Sizi və Ali Baş Komandanı olduğunuz ordumuzu qorusun. Sizə və xalqımıza qələbə yaraşır. Bu qələbə elə bir tarixi-strateji qələbə olacaq ki, bundan sonra bir də heç vaxt heç nə bu vaxta qədər olduğu kimi olmayacaq! Siz Azərbaycanın və Cənubi Qafqazın ən yeni tarixinə öz möhürünüzü vuran böyük lider kimi tarixə əbədi imza qoyursunuz!”.