Home Manşet Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib

Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib

412
0
SHARE

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar.

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.