Home Manşet Sabiq səfir Metyu Brayza: Ermənistan anlayır ki, Azərbaycanın hücumunu dayandıra bilməyəcək

Sabiq səfir Metyu Brayza: Ermənistan anlayır ki, Azərbaycanın hücumunu dayandıra bilməyəcək

566
0
SHARE

Azərbaycan Ordusu bir həftədir ki, Ermənistanın işğalında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında ordumuzun uğurlu əməliyyatları, müharibə ilə bağlı hazırki vəziyyət müzakirə olunub. “Hədəf”ə videobağlantı vasitəsilə qoşulan ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza aparıcının və qonaqların suallarını cavablandırıb. M.Brayza bildirib ki, Ermənistan bu gün Azərbaycanın mülki əhalisini hədəf alır, dinc əhaliyə atəş açır ki, bu, ilk öncə Cenevrə Konvensiyasına ziddir: “Bunun da səbəbləri var. Ermənistan anlayır ki, Azərbaycanın hərbi əməliyyatları uğurludur və Azərbaycanın hücumunu dayandıra bilməyəcək. Ona görə də müharibənin şərtlərini dəyişməyə cəhd edir. İkinci məqsədi isə Azərbaycanı dinc ermənilərə atəş açmağa təhrik etmək, bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), xüsusən də Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Hesab edirəm ki, Azərbaycan müharibədə təmkin göstərir, bu təmkini də davam etdirməlidir”. Sabiq səfir hesab edir ki, Ermənistan danışıqlar prosesinin pozulması üçün addımlar ataraq prosesə böyük zərbə vurdu, bu da hərbi əməliyyatların başlaması ilə nəticələndi.

“Hədəf”in aparıcısı Elnar Məmmədlinin və qonaqları, politoloqlar Şəbnəm Həsənova və Zaur Məmmədovun Azərbaycan ictimaiyyətini maraqlandıran suallarına M.Brayza ətraflı cavablar verib. Bununla yanaşı, politoloqlar mövzu ətrafında öz düşüncələrini də bölüşüblər.

Proqrama bütöv şəkildə “YouTube” kanalımızdan baxa bilərsiniz: https://www.youtube.com/watch?v=llhGWGf-LD4

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az