Home Manşet Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb

Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb

341
0
SHARE

Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib.

Qeyd edilib ki, bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.