Home Manşet Gərginliyə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır – Sevil Mikayılova Türkiyənin “Anews” telekanalına...

Gərginliyə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır – Sevil Mikayılova Türkiyənin “Anews” telekanalına müsahibə verib (VİDEO)

318
0
SHARE

Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistanın Azərbaycana qarşı təxribatları və cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı “Anews” televiziya kanalına müsahibə verib.

Trend-in məlumatına görə, S.Mikayılova bildirib ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı genişmiqyaslı təxribatlara başlayıb. Deputat Azərbaycanın bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başladığını diqqətə çatdırıb.

S.Mikaylova yaranmış gərginliyə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. Deputat qeyd edib ki, Ermənistan regionda sülh üçün böyük təhdidlər yaradır.

S.Mikayılova müsahibəsində vurğulayıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli və işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır.