Home Siyasət Könüllülərin sayının artması dövlət başçısına inamın nəticəsidir – Bəhruz Quliyev

Könüllülərin sayının artması dövlət başçısına inamın nəticəsidir – Bəhruz Quliyev

357
0
SHARE

Ali Baş Komandan, Prezident İlham Əliyevə istər ölkəmiz daxilində, istərsə də xarici ölkələrdən edilən çoxsaylı müraciətlər sübut edir ki, bu gün dünyanın harasında olursa-olsun, hər bir azərbaycanlıda Vətən ruhu, Vətən amalı daha da artıb. Bu, öncə xalqın öz Liderinə olan inamının, etimadının göstəricisidir, çünki Azərbaycan dövləti yağı və mənfur düşmənlə haqq mübarizəsi aparır – işğaldakı torpaqlarının azad edilməsi, 30 ildir doğma yurd-yuvalarından qaçqın, didərgin düşmüş vətəndaşlarının geri dönməsi, ərazi bütövlüyümüzün tam təmin olunması üçün. Məhz cənab İlham Əliyevin xalqa müraciətlərindən sonra qəlbində Vətən sevgisi gəzdirən hər bir Azərbaycan övladı bu mübarizədə canından, qanından keçməyə hazır olduğunu nümayiş etdirdi, bu gün də etdirməkdədir”.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, gənclərimiz, yaşlılarımız – hər kəs öz dövlətinə, Ordusuna inanır və əbəs deyil ki, biz Qarabağ cəbhəsindən hər gün xoş zəfər xəbərləri alır, qələbənin elə də uzaqda olmadığını bilirik: “İndi dövlət güclənib, vəziyyət müsbət istiqamətdə 90-cı illərin əvvələri ilə müqayisəolunmaz dərəcədə dəyişib. Bu gün Azərbaycan müasir, güclü, qüdrətli, dünya miqyasında öz sözünü deyən, təşəbbüslərlə çıxış edən bir ölkəyə çevrilib və bu ölkənin Lideri cənab İlham Əliyev zamanında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa uyğun siyasət qurdu, onu inkişaf etdirdi və gördüyümüz kimi, ölkəmiz regionda ən qüdrətli dövlətlərdən birinə çevrilib, bir sıra mühüm siyasi, iqtisadi hadisələrdə söz sahibi olaraq çıxış edir”.

“Artıq belə nəticə də çıxara bilərik ki, qalib Azərbaycan Ordusunda xidmət etmək, düşmənə layiqli cavabını vermək üçün gənclər Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Xidmətin şöbələri qarşısında növbəyə düzülürlər”, deyən Bəhruz Quliyevə görə, halbuki, 90-cı illərdəki vəziyyət başqa cür idi: “Gəncləri küçələrdən tutub, zorla cəbhəyə yollayırdılar, xaotik bir vəziyyət yaranmışdı. Nə ailələri xəbər tuturdu, nə də onlar doğru-dürüst hərbi hazırlıq keçirdilər”.

Ekspert bildirib ki, bu gün peşəkar, ən müasir silahlarla silahlanmış, bütün standartlara cavab verən Silahlı Qüvvələrimiz var, ordumuz işğalçı düşməni məhv etmək, torpaqlarımızı azad etmək iqtidarındadır: “İnsanlarımız könüllü olaraq Vətənə xidmətə getmək istəyirlər, ölməyə deyil, öldürməyə hazır olduqlarını nümayiş etdirirlər. Hətta şəhidlik amilini də nəzərə alaraq, bunu sevə-sevə qəbul edirlər, bilirlər ki, düşmən mütləq torpaqlarımızdan tam olaraq qovulacaq”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev həm xalqının Lideridir, həm də Ali Baş Komandan olaraq böyük Sərkərdədir: “Xalqımız öz Sərkərdəsinə, Liderinə güvənir və onun ətrafında sıx birləşərək yalnız və yalnız düşmən üzərində qələbə qazanmağa, bayrağımızın Xankəndidə, Şuşada və bütün işğalda olan rayonlarımızda dalğalanmasına doğru irəliləyir”.